Türkiyə arxeoloqları Anadolu tarixini kökündən dəyişdirə biləcək kəşf ediblər.
Turkustan.az xəbər verir ki, onlar Orta Anadolunun qədim Kərkənes şəhərində Avrasiya çöl xalqlarının kurqanlarına heyrətamiz dərəcədə bənzəyən və təxminən 2600 il əvvələ aid qəbir tikililəri aşkar ediblər.
Qazıntıların rəhbəri, professor Şövkət Dönmez qeyd edib ki, bu tikililər skif və Göktürk mədəniyyətlərinə xas olan kurqan və müqəddəs “kut” yerinin elementlərini özündə birləşdirir.
Kəşf xüsusi əhəmiyyət kəsb edir, çünki o, prototürk qruplarının hələ eramızdan əvvəl VI əsrdə Anadoluda mövcud olduğu fərziyyəsini potensial olaraq təsdiqləyir. Əgər əlavə araşdırmalar bu nəzəriyyəni təsdiqləsə, türk mədəniyyətinin bölgədə meydana çıxdığı məlum tarix 2000 il geriyə çəkiləcək.
Qədim Pteria şəhəri ilə eyniləşdirilən Kerkenesdə qazıntılar Türkiyə Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi və Türkiyənin bir sıra universitetlərindən alimlərin iştirakı ilə aparılır. Arxeoloqlar radiokarbon tarixləri və əlavə tədqiqatların bu unikal strukturların mənşəyini aydınlaşdırmağa kömək edəcəyinə ümid edərək işlərini davam etdirirlər.
Qeyd edək ki, bu günə qədər ən əhəmiyyətli kəşf, əvvəllər yalnız Orta Asiyada tapılan 60 metr diametrli dairəvi daş konstruksiya hesab olunurdu./publika.az