İlham Haqverdiyevlə bağlı qərar verildi


Rüşvət almaqda təqsirləndirilən Müdafiə Nazirliyinin "İstirahət evi"nin rəisi, mayor İlham Haqverdiyevin barəsində seçilmiş qətimkan tədbirindən verilən apellyasiya şikayəti üzrə məhkəmə prosesi keçirilib.

Turkustan.az APA-ya istinadla xəbər verir ki, bu gün Bakı Apellyasiya Məhkəməsində hakim Habil Məmmədovun sədrliyi ilə keçirilən prosesdə qərar qəbul olunub.

Qərara əsasən, şikayət təmin edilməyib.

Təqsirləndirilən şəxsin vəkili bildirib ki, iş üzrə şikayətçi yoxdur və dəyən maddi ziyan ödənilib.

Qeyd edək ki, Müdafiə Nazirliyi tərəfindən həyata keçirilən tədbirlər nəticəsində Nazirliyin "İstirahət evi"nin rəisi mayor İlham Haqverdiyevin qanun pozuntusuna yol verdiyi müəyyən edilib. Barəsində qanun çərçivəsində tədbirlərin görülməsi məqsədilə araşdırma materialları aidiyyəti üzrə Hərbi Prokurorluğa təqdim edilib. İlham Haqverdiyevin barəsində Hərbi Prokurorluğun İstintaq İdarəsində Cinayət Məcəlləsinin 311-ci (rüşvət alma) maddəsi ilə cinayət işi başlanılıb və Bakı Hərbi Məhkəməsinin qərarı ilə 2 ay 20 gün müddətə həbs qətimkan tədbiri seçilib.


MANŞET XƏBƏRLƏRİ