ABŞ prezidenti Donald Tramp bildirib ki, Asiyaya səfəri zamanı görüşməyi planlaşdırdığı Çin sədri Si Cinpin Rusiya-Ukrayna müharibəsinin bitməsi ilə bağlı Rusiya prezidenti Vladimir Putinə “böyük təsir” göstərə bilər.
Turkustan.az xəbər verir ki, Tramp oval kabinetdəki cari hadisələrlə bağlı jurnalistlərin suallarını cavablandırıb.
"Düşünürəm ki, (Xi) Putinə böyük təsir göstərə bilər. O, bir çox insana böyük təsir göstərə bilər" deyən Tramp, Xinin "çox böyük bir ölkənin güclü lideri" olduğunu qeyd edib.
Tramp gələn həftə Asiya səfəri çərçivəsində çinli həmkarı Xi ilə Cənubi Koreyada görüşəcəyini və bir çox mövzunu dəyərləndirəcəklərini vurğulayaraq, "Rusiya-Ukrayna məsələsini (Xi ilə) müzakirə edəcəyik" deyib.
Aytən Yaşar/ Turkustan.az