İranın xarici işlər naziri Abbas Erakçi bildirib ki, ABŞ “həddindən artıq tələblər” və “əsassız tələblər” irəli sürməyə davam etdikcə, danışıqlar masasına qayıtmayacaqlar.
Turkustan.az xəbər verir ki, İran dövlət televiziyasının məlumatına görə, Erakçi Məşhəd şəhərində mətbuat mənsublarına danışıb.
Erakçı: "Amerikalılar həddindən artıq tələblər irəli sürmək siyasətindən əl çəkmədikcə və əsassız tələblərini davam etdirdikcə, danışıqlar masasına qayıtmayacağıq" dedi.
ABŞ Prezidenti Donald Trampın Yaxın Şərq üzrə xüsusi nümayəndəsi Stiv Vitkoffun vasitəçilər vasitəsilə Tehranla əlaqə saxladığına diqqət çəkən iranlı nazir dolayı danışıqlar davam edərkən İsrail və ABŞ-ın İrana hücum etdiyini xatırladıb və Vaşinqton administrasiyasının tərəflərin mənafeyini qoruyan hörmətə əsaslanan danışıqlar yanaşmasına keçəcəyi təqdirdə danışıqların bərpa oluna biləcəyini bildirib.
Aytən Yaşar/ Turkustan.az