Makron "Əsgər göndərəcəksinizmi?" dedi, Ərdoğan yaşıl işıq yandırdı


Qəzza Sülh Müqaviləsində yer alan bir müddəa olan bölgədə sabitliyi qorumaq üçün hərbi qüvvənin yaradılması istiqamətində sürətli addımlar atılır.

Turkustan.az xəbər verir ki, HƏMAS və İsrail arasında əldə olunan razılaşmadan sonra planın digər müddəalarının əsası qoyulub. Planda tərəflər razılığa gəldikdən sonra bölgədə çoxmillətli qüvvələrin fəaliyyət göstərməsi nəzərdə tutulurdu.

Qəzza Sülh Sazişinin icrasına nəzarət edəcək qüvvələrin qərargahı iki həftə ərzində yaradılacaq. Qərargahı ABŞ Mərkəzi Komandanlığının komandanı admiral Bred Kuperin quracağı gözlənilir. Sabitləşdirmə qüvvələrində xidmət edən türk hərbçiləri oktyabrın sonuna kimi Qəzzada ola bilər.

Prezident Rəcəb Tayyib Ərdoğan bir gün əvvəl keçirilən AK Partiya Mərkəzi İcraiyyə Komitəsinin iclasında Qəzzada yaradılması planlaşdırılan beynəlxalq işçi qrupundan danışıb. “Türkiyə” qəzetində yer alan xəbərə görə, Ərdoğan bildirib ki, Makron ona “İş qrupuna əsgər verəcəksiniz?” sualını verib və Ərdoğan “Niyə də olmasın? Biz Qəzzada qurulacaq hərbi mexanizmə daxil ola bilərik” cavabını verib.

Aytən Yaşar/ Turkustan.az


MANŞET XƏBƏRLƏRİ