“Putin yalnız güclü çəkindirici vasitələrlə dayandırıla bilən yırtıcıdır”.
Turkustan.az xəbər verir ki, Avropa İttifaqı (Aİ) Komissiyasının sədri Ursula fon der Leyen Rusiya Prezidenti Vladimir Putinin Ukraynanı “vəhşicəsinə işğalının” dördüncü ilinə qədəm qoyduğunu xatırladaraq bu fikirləri “5-ci Avropa Təhlükəsizlik və Müdafiə Konfransı”na göndərdiyi videomüraciətdə səsləndirib.
O, Avropa qitəsinə Rusiya və digər aktorlar tərəfindən artan təzyiqlərə diqqət çəkərək vurğulayıb:
“Sərhədçilərə molotof kokteylləri ilə hücum edilir. Arxada dayanan donanmalar dənizlərimizdə dolaşır, Rusiya pilotsuz uçuş aparatları isə Avropanın hava məkanını getdikcə daha çox pozur. Bu reallığı cəbhə xəttində aydın şəkildə görmək mümkündür. Bu gün Avropanın müdafiə qabiliyyətinin gücləndirilməsi hər zamankından daha vacibdir.”
Aytən Yaşar/ Turkustan.az