Çin ABŞ bayrağı altında üzən gəmilər üçün liman rüsumları tətbiq edir


Çin Nəqliyyat Nazirliyi bildirib ki, oktyabrın 14-dən Çin limanlarında dayanan Amerika gəmiləri üçün tarif 1 xalis ton üçün 400 yuan (56 ABŞ dolları) təşkil edəcək.

Turkustan.az xəbər verir ki, 2026-cı il aprelin 17-dən bu ödəniş 640 yuana (89,81 ABŞ dolları), 2027-ci il aprelin 17-dən isə 880 yuana qədər artacaq.

17 aprel 2028-ci il tarixindən Çin limanlarına gələn gəmilər üçün ödəniş hər xalis yük tonuna görə 1120 yuan (157,16 ABŞ dolları) təşkil edəcək.

Çin nazirliyindən verilən açıqlamaya görə, bu ödənişlər ABŞ-ın gələcək liman haqlarına qarşı əks tədbirdir.

Qeyd olunur ki, oktyabrın 14-dən etibarən Çində inşa edilən və ya Çin şirkətlərinə məxsus olan və ya idarə olunan gəmilər ABŞ-dakı ilk çıxış limanında ödəniş etməli olacaqlar. Analitiklər hesab edirlər ki, rüsum 10 mindən çox konteyner daşıyan gəmi üçün 1 milyon dolları keçə bilər və 2028-ci ilə qədər hər il arta bilər.

Çin müəssisəsinə məxsus və ya idarə olunan gəmilər ABŞ-a hər səfər üçün hər xalis tonaj üçün 80 ABŞ dolları rüsumla üzləşəcək.

Aytən Yaşar/ Turkustan.az


MANŞET XƏBƏRLƏRİ