ABŞ prezidenti Donald Tramp TikTok-un ölkədəki əməliyyatlarının ABŞ investorlarına satışına yol açan sərəncamı imzaladıqdan sonra platformanı “xilas etdiyini” bildirib və “Gənc TikTok istifadəçilərinin” ona borcu olduğunu bildirib.
Turkustan.az xəbər verir ki, Donald Tramp sentyabrın sonunda Çində fəaliyyət göstərən sosial media platforması TikTok-un ölkədəki əməliyyatlarının ABŞ investorlarına satışına yol açan sərəncamı imzaladıqdan sonra platformanı “xilas etdiyini” bildirib və əlavə edib ki, “gənc TikTok istifadəçiləri” buna görə ona borcludur.
Tramp 11 aydan sonra Çində yerləşən ByteDance şirkətinə məxsus sosial media platforması olan TikTok-da ilk paylaşımını paylaşıb.
"Gənc TikTok istifadəçiləri, mən TikTok-u xilas etdim və bunun üçün mənə borclusunuz. Hazırda Oval Ofisimdə məni izləyirsiniz. Bir gün sizlərdən biri bu kresloda oturub böyük işlər görəcək", - Tramp paylaşımında bildirib.
Aytən Yaşar/ Turkustan.az