Qırğızıstan prezidenti: Ölüm hökmu yenidən bərpa edilə bilər


Qırğızıstan prezidenti Sadır Japarov “Kabar” dövlət agentliyinə verdiyi müsahibədə ölüm hökmünün bərpası ilə bağlı qanun layihəsinin ictimai müzakirəyə çıxarılacağını və bu məsələnin ümumxalq səsverməsi ilə həll olunacağını bildirib.

Turkustan.az xəbər verir ki, prezident bildirib:

“Konstitusiyanın 25-ci maddəsinə dəyişiklik edilməsi haqqında qanun layihəsi əvvəlcə ictimai müzakirəyə təqdim olunacaq. Daha sonra Konstitusiya Məhkəməsi bu barədə rəy verəcək. Layihə yalnız referendum yolu ilə qəbul edilə bilər. Başqa sözlə, bu məsələ yalnız ümumxalq səsverməsi ilə həll olunacaq”, – deyə prezident qeyd edib.

Japarov əlavə edib ki, əgər əhalinin əksəriyyəti ölüm hökmünün bərpasını də21120stəkləyərsə, Ali Şura bu istiqamətdə beynəlxalq müqavilələrdən çıxmaq və mövcud qanunvericiliyə dəyişikliklər etmək üçün müvafiq qanunları qəbul etməlidir.

Hazırda Qırğızıstan Konstitusiyasının 25-ci maddəsinə əsasən, ölkədə ölüm hökmü tətbiq edilmir.

Aytən Yaşar/ Turkustan.az


MANŞET XƏBƏRLƏRİ