Rusiyaya iqtisadi təzyiqlər öz nəticəsini verir - Starmer


Böyük Britaniyanın baş naziri Keir Starmer iqtisadi məhdudiyyətlərin artıq nəzərəçarpacaq nəticələr verdiyini vurğulayaraq, Avropa ölkələrini Rusiyaya, xüsusilə enerji sektorunda və sözdə kölgə donanmasına qarşı sanksiya təzyiqlərini artırmağa çağırıb.

Turkustan.az xəbər verir ki, bunu Britaniya hökumətinin başçısı cümə axşamı Kopenhagendə Avropa Siyasi Birliyinin sammitinin açılışından sonra keçirilən panel müzakirəsi zamanı deyib.

"Biz Putinə təzyiq göstərməyə davam etməliyik. İqtisadi təzyiq işləyir və biz bunu yeni sanksiyalarla, xüsusən enerji sektorunda və kölgə donanmasına qarşı artırmalıyıq", - Starmer deyib .

O, Rusiyanın təcavüzünün təkcə Ukraynanın suverenliyini deyil, həm də “bütün avropalıların dəyər və azadlıqlarını” təhdid etdiyini və buna görə də Kremlə qarşı mübarizənin birgə olduğunu vurğulayıb. O, həmçinin NATO-nun gücləndirilməsinin vacibliyini vurğulayaraq, hava hücumundan müdafiəni gücləndirmək üçün Britaniya təyyarələrinin Polşaya göndərilməsini və müttəfiqlərin Kopenhagendə pilotsuz təyyarələrin hücumlarına qarşı birgə hərəkətlərini xatırladıb.

Aytən Yaşar/ Turkustan.az


MANŞET XƏBƏRLƏRİ