Makrondan Rusiyaya açıq mesaj: Hava məkanına müdaxilənin cavabı olacaq


Fransa prezidenti Emmanuel Makron Rusiyanın Polşa, Rumıniya, Estoniya və Danimarka hava məkanını pozmasına münasibət bildirərək, “Bir daha qeyd edirəm ki, Avropa hava məkanını pozan hər kəsə cavab veriləcək” deyib.

Turkustan.az xəbər verir ki, Makron bu açıqlamanı Kopenhagendə, Avropa İttifaqı Şurasının sədri Danimarkanın ev sahibliyi etdiyi qeyri-rəsmi təhlükəsizlik və müdafiə sammitində çıxışı zamanı verib.

O bildirib ki, görüşün əsas mövzusu Ukraynaya dəstəyin artırılması və Avropanın təhlükəsizliyinin möhkəmləndirilməsidir. Sammit çərçivəsində Ukraynaya dəstək göstərən “İrəlilər Koalisiyası”nın fəaliyyəti və gələcək maliyyələşmə imkanları müzakirə olunur.

Makron, Avropanın Ukraynaya birgə borclanma mexanizmləri vasitəsilə maliyyə dəstəyi göstərmək qərarını xatırladaraq, bunun həm Ukraynanın müdafiə gücünü artıracağını, həm də Avropa müdafiə sənayesinin inkişafına xidmət edəcəyini vurğulayıb.

Bundan əlavə, Fransa prezidenti Aİ-nin Rusiyanın dondurulmuş aktivlərindən Ukraynanın xeyrinə istifadəsi məsələsində beynəlxalq hüquqa hörmət edilməsinin vacibliyini qeyd edib.

Aytən Yaşar/ Turkustan.az


MANŞET XƏBƏRLƏRİ