Qorxular gerçəkləşdi! HƏMAS-ın yüksək rütbəli xadiminin səs-küylü bəyanatı


HƏMAS-ın, ABŞ prezidenti Donald Trampın Qəzzada müharibənin dayandırılmasını və qalan 48 girovun azad olunmasını nəzərdə tutan 20 maddəlik sülh planını rədd edəcəyi gözlənilir.

Turkustan.az xəbər verir ki, Britaniyanın ictimai yayım mediası məsələ ilə bağlı HƏMAS-a yaxın mənbəyə istinadla bildirib ki, plan “İsrailin maraqlarına xidmət edir” və “Fələstin xalqının haqlarını nəzərə almır”. HƏMAS rəsmisi əlavə edib ki, təşkilat tərksilah və təslim olmaq şərtlərini qəbuledilməz sayır və plan çərçivəsində Qəzzaya “Beynəlxalq Sabitlik Qüvvələri”nin yerləşdirilməsi ideyasını da rədd edir.

Bu maddələr Trampın təklif etdiyi sülh planının əsas şərtləridir.

Donald Tramp daha əvvəl açıqlamasında HƏMAS-ın planı qəbul etməsini gözlədiklərini bildirmiş, təşkilatı açıq şəkildə təhdid etmişdi:

“Cavab vermək üçün sizə 3-4 gün vaxt verirəm. Əgər razılaşmanı rədd etsələr, İsrail lazım olanı edəcək.”

ABŞ prezidenti Tramp, 20 maddəlik planı İsrailin baş naziri Benyamin Netanyahu ilə birlikdə Ağ Evdə keçirdiyi görüşdə təqdim etmişdi. Netanyahu planı dəstəklədiyini bildirib və Ağ Ev onun təfərrüatlarını ictimaiyyətə açıqlayıb.

Aytən Yaşar/ Turkustan.az


MANŞET XƏBƏRLƏRİ