Tramp: İsrail Qətərə bir daha hücum etməyəcək


ABŞ prezidenti Donald Tramp İsrailin Qətərə növbəti dəfə hücum etməyəcəyini deyib.

Turkustan.az xəbər verir ki, Tramp İsrailin HƏMAS-a qarşı başqa tədbirlərə əl atacağına eyham vuraraq, “Netanyahu Qətərə hücum etməyəcək, amma bəlkə də onların arxasınca gedəcək” deyib.

Oval kabinetdə jurnalistlərə açıqlama verən ABŞ prezidenti Donald Tramp İsrailin Qətərə endirdiyi hava hücumuna münasibət bildirib. O, Qətərin "çox yaxşı müttəfiq olduğunu və çoxlarının bunu bilmədiyini" ifadə edərək, İsrailin baş naziri Binyamin Netanyahunun bir daha Qətərə hücum etməyəcəyini əlavə edib.

ABŞ-da yerləşən Axios xəbər saytı, adının açıqlanmasını istəməyən İsrail rəsmilərinə istinadən xəbər verir ki, ABŞ-ın Qətər hücumundan iddia edildiyi kimi “son anda deyil” xəbərdar olduğunu, əksinə, bu barədə əvvəlcədən xəbər tutduğunu bildirib.

Məlumata görə, İsrail rəsmiləri Netanyahunun ABŞ vaxtı ilə səhər saat 8:00-da Trampa zəng etdiyini, Qətərə hücumun səhər saat 8:51-də baş verdiyini, Trampın hücuma “yox” demədiyini qeyd edib.

Aytən Yaşar/ Turkustan.az


MANŞET XƏBƏRLƏRİ