Rusiya Türkiyədən "S-400" ləri GERİ ALIR?: Ankaradan iddialara CAVAB GƏLDİ


Türkiyə Rusiyadan aldığı "S-400" hava hücumundan müdafiə sistemlərinin geri qaytarılacağı və ya başqa ölkəyə satılacağı ilə bağlı iddiaları rədd edib.

Turkustan.az xəbər verir ki, Ankaradan “RIA Novosti”yə danışan mənbə yayılan məlumatları əsassız adlandırıb:

“Belə bir vəziyyət yoxdur”, – deyə bildirib.

Xatırladaq ki, bundan əvvəl Türkiyənin "Nefes" qəzeti Rusiyanın "S-400" ləri geri almaq istədiyi, Türkiyənin isə bu ehtimalı nəzərdən keçirdiyi barədə məlumat yayıb. /musavat.com/


MANŞET XƏBƏRLƏRİ