ABŞ İsrailin yanında: Fələstini tanımaq bizi sülhə aparmır!


ABŞ dövlət katibi Marko Rubio İsrailin baş naziri Binyamin Netanyahu ilə birgə mətbuat konfransında HƏMAS-ı tərksilah etməyə çağırıb.

Turkustan.az xəbər verir ki, İsrailin Qətərdə Həmas liderlərini hədəf almasından bir həftə keçməmiş Qüdsü ziyarət edən Rubio, "Həmas regionun sülh və təhlükəsizliyini təhdid edə biləcək silahlı bir qurum olaraq məhv edilməlidir" dedi.

Rubio İsrailin Doha əməliyyatından sonra Körfəzdəki müttəfiq ölkələrlə əlaqə saxladıqlarını bildirib.

Rubio əlavə edib ki, Vaşinqton HƏMAS-ı dəstəkləyən İrana maksimum təzyiq göstərməyə davam edəcək və "Fələstin dövlətinin tanınması istiqamətində atılan addımlar bizi Fələstin dövlətinə yaxınlaşdırmır" deyib.

İsrailin baş naziri Binyamin Netanyahu da birgə mətbuat konfransında İsrail və ABŞ-ın hər iki ölkəni qorumaq üçün birgə işləməyə davam edəcəklərini bildirib. “Rubionun səfəri Amerikanın terrora qarşı İsrailin yanında olduğuna dair açıq bir mesajdır”, - Netanyahu bildirib.

Aytən Yaşar/ Turkustan.az


MANŞET XƏBƏRLƏRİ