İki NATO ölkəsi üz-üzə: yeni prezidentə belə mesaj verildi


“Berlin kompensasiya olaraq Varşavaya təhlükəsizlik zəmanəti verəcək”.

Turkustan.az xəbər verir ki, bunu Almaniya hökumətinin Polşa işləri üzrə komissarı Knut Abraham deyib.

“İki ölkə arasında təzminat məsələsi qanuni şəkildə həll olunub”, – o bildirib.

Knut qeyd edib ki, hazırda Polşanın qurban olduğu dövrdən fərqli olaraq, tərəflər bir-birini dəstəkləyir:

“Almaniya Polşa ilə münasibətlərini hərbi və maliyyə cəhətdən gücləndirməlidir. Bu, Polşa prezidentinə mesajdır”.

Qeyd edək ki, sentyabrın 1-də Polşa Prezidenti Karol Navroçki Almaniyanı təzminat ödəməyə çağırıb.

O vurğulayıb ki, dürüst münasibətlər qurmaq üçün bu məsələ öz həllini tapmalıdır. /globalinfo.az/


MANŞET XƏBƏRLƏRİ