Avropa ölkəsini panikaya salan proqnoz: Sayı 100 mini keçəcək!


Fransada prezident Emmanuel Makronun sosial-iqtisadi siyasətlərinə qarşı təşkil edilən genişmiqyaslı etiraz aksiyalarında təxminən 200 nəfər saxlanılıb.

Turkustan.az xəbər verir ki, "Hər şeyi dayandıraq" şüarı altında keçirilən aksiyalar Paris başda olmaqla bir sıra şəhərləri əhatə edib. Paytaxt Parisdə, Gare du Nord (Şimal Dəmir Yolu Stansiyası) ətrafına toplaşan yüzlərlə etirazçı çoxsaylı polis qüvvələri və zirehli maşınlarla qarşılaşıb.

Polis əməkdaşları etirazçıların stansiyaya daxil olmasının qarşısını alıb, daha sonra isə kütləni dağıtmaq üçün gözyaşardıcı qaz və dəyənəklərdən istifadə edib.

Etirazçılar "10 sentyabrda tarix yazırıq" yazılmış pankartlar daşıyıb, “Makron istəməsə belə, biz işləyən insanların ləyaqəti və daha yaxşı bir dünya üçün buradayıq” kimi şüarlarla hökumət əleyhinə çıxış ediblər.

Etirazlar ölkənin müxtəlif şəhərlərində məktəb girişlərini və yolları bağlamağa davam edərkən, böyük şəhərlərdə yürüşlərin keçirilməsi gözlənilir. Bu həftə yıxılan Fransua Bayrou hökumətinin daxili işlər naziri Bruno Retaillo mətbuata bildirib ki, etirazlar zamanı indiyədək təxminən 200 nəfər saxlanılıb.

Aytən Yaşar/ Turkustan.az


MANŞET XƏBƏRLƏRİ