Venesuelada narkotik ticarətinə xidmət edən gizli uçuş zolağı məhv edildi


Venesuela "beynəlxalq narkotik ticarəti" ilə əlaqəli olduğu iddia edilən gizli uçuş zolağının məhv edildiyini açıqlayıb.

Turkustan.az xəbər verir ki, Venesuelada yerləşən Telesur-un məlumatına görə, Bolivar Milli Polisi (PNB) ölkənin Şahin əyalətinin kənd ərazisində həyata keçirilən əməliyyat zamanı beynəlxalq narkotik ticarəti ilə əlaqəli olduğu iddia edilən təyyarələrin qalxıb enməsinə icazə verən uçuş-enmə zolağının yararsız hala düşdüyünü açıqlayıb.

Açıqlamada uçuş-enmə zolağının təxminən 500 metr uzunluğunda olduğu vurğulanıb və bölgədə narkotik kartellərinə qarşı əməliyyatların qətiyyətlə davam etdiriləcəyi bildirilib.

Bu arada müdafiə naziri Vladimir Padrino Lopez dövlət televiziyasına bildirib ki, ölkəsi Karib dənizi regionunda hərbi mövcudluğunu gücləndirəcək.

Aytən Yaşar/ Turkustan.az


MANŞET XƏBƏRLƏRİ