ABŞ prezidenti Donald Tramp xarici terror təşkilatları siyahısında olan Tren de Aragua təşkilatına aid olduğunu söylədiyi narkotik gəmisini vurduqlarını açıqlayıb.
Turkustan.az xəbər verir ki, Tramp sözügedən təşkilatın Nikolas Maduronun nəzarətində olduğunu bildirib.
Venesuela prezidenti Nikolas Maduro ABŞ rəhbərliyinin Venesuelanı narkotik ticarəti ilə əlaqələndirməsi ilə bağlı açıqlama verib.
Maduro ölkəsini narkotik ticarəti ilə əlaqələndirən ittihamları rədd edərək, bunu yalan adlandırıb.
ABŞ prezidenti Corc Buşun İraqın ABŞ-ın işğalından əvvəl kütləvi qırğın silahlarına malik olması ilə bağlı iddialarını xatırladan Maduro Venesuela ilə bağlı iddiaların da oxşar yalan olduğunu bildirib.
Aytən Yaşar/ Turkustan.az