Qəzza zolağındakı Mülki Müdafiə Müdirliyi bəyan edib ki, İsrailin Qəzza şəhərində hündürmərtəbəli binaları hədəfə alması onun mülki insanları təhlükəsiz sığınacaqdan məhrum edərək “məcburi köçürmə” siyasətinə aiddir.
Turkustan.az xəbər verir ki, Mülki Müdafiə sözçüsü Mahmud Basal verdiyi yazılı açıqlamada, "Hündür mərtəbəli binaları hədəf almaq təkcə qayaları bombalamaq deyil, mülki insanları zorla köçürmə siyasətidir" dedi.
Basal ailələrin təhlükəsiz məkanın olmadığı bir mühitdə sığınacaqsız açıq yerə atıldığını və bu təhlükənin insanların təhlükəsizliyini təhdid etməklə yanaşı, onları yaşamaq və ləyaqətlə yaşamaq hüququndan da məhrum etdiyini qeyd edib.
Aytən Yaşar/ Turkustan.az