Tramp: “Həmasla gərgin danışıqlar başladıq"


ABŞ prezidenti Donald Tramp məhbus mübadiləsi ilə bağlı Həmas ilə intensiv danışıqlar apardıqlarını və bütün məhbusların azad edilməsini tələb etdiklərini bildirib.

Turkustan.az xəbər verir ki, ABŞ prezidenti Tramp Oval Ofisdə keçirdiyi mətbuat konfransında gündəmə dair qiymətləndirmələr edib.

Tramp Qəzza ilə bağlı sualı cavablandırarkən “Həmas ilə çox gərgin danışıqlar aparırıq” deyib. "Biz onlara dedik ki, bütün məhbusları dərhal azad edin, o zaman işlər çox yaxşılaşacaq. Əgər onların hamısını azad etməsəniz, vəziyyət çox pisləşəcək".

Sözügedən danışıqlar zamanı 20 məhbusun azad edilməsi üçün Həmas ilə danışıqlar apardıqlarını ifadə edən Tramp, 30 məhbusun öldüyünü düşündüklərini də qeyd edib.

Aytən Yaşar/ Turkustan.az


MANŞET XƏBƏRLƏRİ