82 yaşlı keçmiş prezident təcili əməliyyat olundu


ABŞ-ın keçmiş prezidenti Co Baydenin dəri xərçəngi lezyonlarından əməliyyat olunduğu bildirilir.

Turkustan.az xəbər verir ki, New York Times qəzetinin Bayden Prezident Aparatının sözçüsü Kelly Scully-ə istinadən verdiyi məlumata görə, Bayden dəri xərçəngi lezyonlarına görə "mohs" əməliyyatı keçirib.

Sosial mediada paylaşılan görüntülərdə 82 yaşlı Baydenin alnında çapıq olduğu müşahidə edilib.

CNN-in mövzu ilə bağlı xəbərində əməliyyatın tarixi açıqlanmayıb.

Mohs dərinin nazik təbəqələrinin tədricən çıxarıldığı və heç bir xərçəng hüceyrəsi qalmayana qədər mikroskop altında araşdırıldığı bir cərrahi üsul olaraq tanınır.

Baydenə may ayında da sümüklərinə yayılan prostat xərçəngi diaqnozu qoyulmuşdu.

Bildirək ki, 20 noyabr 1942-ci ildə anadan olan Bayden 2021-2025-ci illərdə ABŞ-ın 46-cı prezidenti olub.

Aytən Yaşar/ Turkustan.az


MANŞET XƏBƏRLƏRİ