Medvedev: Rusiya dondurulmuş aktivlərini torpaqla qaytaracaq


Qərbdə dondurulan aktivlər təbii formada – torpaq şəklində qaytarılacaq.

Turkustan.az xəbər verir ki, Rusiya Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedev Böyük Britaniyanın dondurulmuş Rusiya aktivlərindən əldə etdiyi 1,3 milyard dollar mənfəəti Ukraynaya ötürməsinə sərt reaksiya verib.

Medvedev bu məsələ ilə bağlı Telegram kanalında paylaşım edərək bildirib ki, Rusiyanın dəyərli aktivlərini geri qaytarmağın yalnız bir yolu var: “Müsadirə olunanları natura şəklində, yəni torpaq və onun üzərində yerləşən daşınar və daşınmaz əmlak formasında qaytarmaq.”

O əlavə edib ki, burada söhbət artıq Rusiyanın bir hissəsi hesab edilən Donbass və Novorossiya torpaqlarından getmir.

Medvedev Qərbin, xüsusilə də Britaniyanın davranışını “qanunsuzluq” adlandıraraq bildirib:
“İngilis oğruları rus pullarını neonasistlərə veriblər. Nəticə etibarilə Britaniya cinayət törədib və Rusiyanın, hüquqi baxımdan desək, bu cinayətin nəticələrini tələb etmək hüququ yaranıb.”

Aytən Yaşar/ Turkustan.az


MANŞET XƏBƏRLƏRİ