İsrail Hərbi Hava Qüvvələrinin Livanın cənubunda həyata keçirdiyi hücumda 4 nəfərin öldüyü bildirilir.
Turkustan.az xəbər verir ki, İsrail 2024-cü ilin noyabrında Livanla əldə edilmiş atəşkəs razılaşmasını pozmaqda davam edir.
Livan Səhiyyə Nazirliyinin Təcili Sağlamlıq Əməliyyatları Mərkəzi İsrailin son hücumları ilə bağlı açıqlama yayıb.
Açıqlamada İsrail ordusunun pilotsuz uçuş aparatı və hava qüvvələrinin Livanın cənubundakı Nəbatiyyə şəhərinin Tayba, Şeba, Yatir və Harayib qəsəbələrində 4 Livan vətəndaşının həyatını itirdiyi açıqlanıb.
İsrail hücumla bağlı açıqlama verməyib.
Aytən Yaşar/ Turkustan.az