Münaqişənin həlli üçün Ukrayna bu ssenariyə razıdır: Zelenski eyham vurdu


Ukrayna münaqişəsinin həllində istənilən variant, o cümlədən “Koreya ssenarisi” mümkündür.

Turkustan.az xəbər verir ki, Ukrayna prezidenti Vladimir Zelenski “Le Point” nəşrinə müsahibəsində belə bir ssenarini etiraf edib.

Bununla yanaşı, Ukrayna lideri vurğulayıb ki, təhlükəsizlik mülahizələrinə görə “Koreya ssenarisi”nin tam təkrarlanması mümkün deyil. Zelenski xatırladıb ki, KXDR-in əhalisi 20 milyon, Rusiyada isə 140 milyondur.

"Bu təhdidlərin miqyası müqayisə olunmazdır. Rusiyadan gələn təhlükələr beş, altı, hətta on dəfə çoxdur", - Ukrayna lideri vurğulayıb./publika.az


MANŞET XƏBƏRLƏRİ