Maduro ABŞ-a xəbərdarlıq etdi: Suverenliyimiz pozula bilməz!


Venesuela prezidenti Nikolas Maduro bəyan edib ki, ölkəsi sülhə qətiyyətlə sadiqdir və mümkün hücum halında öz ərazisini qətiyyətlə müdafiə edəcək.

Turkustan.az xəbər verir ki, paytaxt Karakasda İkinci Dünya Müharibəsinin Sakit okeanda başa çatmasının 80-ci ildönümü ilə əlaqədar abidənin açılışında çıxış edən Maduro ABŞ-ın Venesuela sahillərinə hərbi gəmilər göndərməsinə qarşı xəbərdarlıq edib.

Maduro ölkəsinin sülhə sadiqliyini vurğuladı və dedi:

"Biz yaxşı insanlarıq, sülhsevər insanlarıq, amma bilin ki, torpaqlarımıza, tariximizə və hüquqlarımıza toxunanda biz amansız döyüşçülərə çevrilirik. Bu torpaq venesuelalıların, venesuelalı qadınların və kişilərin torpağıdır və heç bir xain və ya imperiya azadlıq döyüşçülərinin bizə miras qoyduğu müqəddəs torpaqlara toxuna və ya onları ləkələyə bilməz".

Aytən Yaşar/ Turkustan.az


MANŞET XƏBƏRLƏRİ