Pakistanda dəhşətli partlayış: Ölənlər var


Pakistanın cənub-qərbində yerləşən Bəlucistan əyalətində mitinq zamanı baş verən partlayış nəticəsində ölənlərin sayı 15-ə çatıb.

Turkustan.az xəbər verir ki, Dawn qəzetinin məlumatına görə, rəsmilər əyalətin paytaxtı Kvettadakı Şahvani stadionu qarşısında keçirilən mitinqdən qısa müddət sonra baş verən partlayışın təfərrüatlarını açıqlayıblar.

Səlahiyyətlilər partlayış nəticəsində ölənlərin sayının 15-ə çatdığını, 32 nəfərin yaralandığını bildirib. Səlahiyyətlilər mitinqə çoxlu siyasətçinin qatıldığını və əksəriyyətinin sağ-salamat xilas olduğunu bildirib.

Səlahiyyətlilər partlayış nəticəsində siyasətçilərə məxsus zirehli maşınlar da daxil olmaqla 6 avtomobilin zədələndiyini bildirib.

Aytən Yaşar/ Turkustan.az


MANŞET XƏBƏRLƏRİ