Minlərlə insan ölür. Ölənlər amerikalılar deyil, ruslar, ukraynalılardır və bu, minlərlə həyatı məhv edən mənasız müharibədir.
Turkustan.az xəbər verir ki, bunu ABŞ Prezidenti Donald Tramp “Foks Nyus” telekanalına müsahibəsində deyib.
“Əgər mən prezident olsaydım, bu müharibə heç vaxt başlamazdı”, – deyə Tramp bildirib.
O, həmçinin Rusiya Prezidenti Vladimir Putinin davranışından məyus olduğunu vurğulayıb və insanların həyatını xilas etmək üçün addımlar atmağa hazır olduğunu qeyd edib:
“Görək nə olacaq, amma mən Prezident Putindən çox məyus olmuşam. Bunu açıq deyə bilərəm və biz insanların yaşaması üçün nəsə edəcəyik. Məsələ Ukrayna deyil, məsələ insanların yaşamasına kömək etməkdir. Həftə ərzində 7000 nəfər ölür, əsasən əsgərlər, amma bu, 7000 insandır. Əgər mən bunu dayandırmağa kömək edə bilərəmsə, bunu etməyi borc sayıram”. /axar.az/