Suriyanın paytaxtı Dəməşqin kənd bölgəsindəki Kusvah bölgəsində İsrail silahlı pilotsuz uçuş aparatlarının (SİHA) həyata keçirdiyi hücumlarda altı Suriya əsgərinin həlak olduğu bildirilir.
Turkustan.az xəbər verir ki, Suriya dövlət televiziyası Əl-İhbariyyənin məlumatına görə, İsrail PUA-ları dünən günorta saatlarında Dəməşqin cənub-qərbində, Qusvahda Suriya ordusunun bir neçə mövqeyini hədəfə alıb.
Hücumlarda 6 Suriya əsgəri həyatını itirib.
Dünən Suriya dövlət televiziyası Əl-İhbariyyə İsrail hərbçilərinin Quneytranın şimalındakı Tiranca kəndində bir evə hücumu nəticəsində bir mülki vətəndaşın həlak olduğunu açıqlayıb.
Suriya Xarici İşlər Nazirliyi İsrailin hücumlarını "qətiyyətlə" pisləyib.
Aytən Yaşar/ Turkustan.az