“45 dəqiqə tuneldə qaldım” – Bakı metrosunda qorxulu dəqiqələr


“45 dəqiqə tuneldə qaldım. Mən çıxanda hələ də qalanlar var idi”.

Bunu “Yeni Sabah”a açıqlamasında “Bakı Metropoliteni”də yaranan nasazlıq səbəbindən, “Nərimanov” stansiyasından evakuasiya edilən sərnişin Orxan Mirzəyev deyib.

O bildirib ki, qatalar qəfildən dayanıb:

“Gənclik”də minmişdim, “Nərimanov”da saxladılar və dedilər ki, düşün metroda gərginlik aşağı düşüb”.

Qeyd edək ki, “Bakı Metropoliteni”nin bütün stansiyalarında sərnişinlərin girişinə müvəqqəti məhdudiyyət tətbiq edilib.

İlkin məlumata əsasən, bu gün saat 12:10 radələrində “Ulduz-Nərimanov” mənzilində təmas relsinə yüksək gərginliyin verilməsində nasazlıq yaranıb.

Təhlükəsizlik məqsədilə “Ulduz” və “Nərimanov” stansiyalarında sərnişinlərin təxliyəsi həyata keçirilir. Bu səbəbdən qatarların “Nərimanov-Əhmədli” istiqamətində hərəkəti məhdudlaşdırılıb.

Hazırda problemin aradan qaldırılması və gərginliyin bərpası istiqamətində tədbirlər görülür.


MANŞET XƏBƏRLƏRİ