Erməni politoloq Vardan Voskanian Vaşinqtonda 8 avqustda imzalanmış bəyanatı şərh edərkən bildirib ki, sənəddə yer alan “maneəsiz” ifadəsi xüsusi əhəmiyyət kəsb edir.
Turkustan.az xəbər verir ki, bu barədə Ermənistan mediasında məlumat yayılıb.
Onun sözlərinə görə, bu termin təkcə texniki rahatlığı deyil, həm də Ermənistan ərazisindən keçəcək kommunikasiya xəttinə nəzarətin məhdudlaşdırılmasını nəzərdə tuta bilər.
Ekspert qeyd edib ki, rəsmi açıqlamalarda “maneəsiz” ifadəsi Ermənistanın gömrük və sərhəd nəzarətini tətbiq etməməsi, tranzitə görə rüsum almaması və digər səlahiyyətlərdən imtina etməsi anlamına gətirilir. Bu isə, Voskanianın iddiasına görə, Ermənistan daxilində ictimai narahatlıq doğurur.
O vurğulayıb ki, həmin termin aydın şəkildə izah olunmayacağı halda, ictimaiyyət arasında şübhələr aradan qalxmayacaq. Əks təqdirdə isə müxtəlif ifadələrin arxasında çoxdan müzakirə olunan “dəhliz” ideyasının reallaşacağı ortaya çıxacaq. /musavat.com/