Venesuela prezidenti Nikolas Maduro bildirib ki, o, ABŞ-la münasibətləri davam etdirmək niyyətində olsa da, ABŞ sülhün əsas düşmənidir.
Turkustan.az xəbər verir ki, özəl televiziya kanalında cari hadisələri şərh edən Maduro heç kimin adını çəkmədən ABŞ hökumətinin onun ələ keçirilməsinə görə mükafatı 50 milyon dollara qaldırmaq qərarına toxunub.
Venesuelanın kokain becərilməsi və kokain laboratoriyalarından azad bir ölkə olduğunu bildirən Maduro: "Venesuela kokainin məhv edilməsində rekordlar qıran bir ölkədir. Bizim (ABŞ) əlaqələri davam etdirmək üçün yaxşı niyyətimiz var. Bununla belə, sülhün çoxlu düşmənləri var, ABŞ sülhün əsas düşmənidir" dedi.
Aytən Yaşar/ Turkustan.az