İsrailli nazir Fələstin Muxtariyyətini devirməklə hədələdi


İsrailin ifrat sağçı Milli Təhlükəsizlik Naziri İtamar Ben-Qvir Qəzza zolağının hücumları və blokadası ilə humanitar fəlakətə sürüklənməsindən sonra ölkələrin bir-bir tanımağa başladığı Fələstin Muxtariyyətini "devirməklə" hədələyib.

Turkustan.az xəbər verir ki, nazir Ben-Gvir X hesabında yazdığı bir yazıda, Baş nazir Benyamin Netanyahunu Nazirlər Kabinetinin növbəti iclasında Fələstin Muxtariyyətini "devirmək" üçün hərəkətə keçməyə çağıracağını bildirdi.

Nazir Ben-Qvir Fələstin dövlətinin qurulması səylərinə Fələstin prezidenti Mahmud Abbasın rəhbərlik etdiyi administrasiyanı “devirməklə” cavab verəcəklərini iddia edib.

İsrail dövlət televiziyası KAN-a verdiyi açıqlamada Ben-Qvir Qəzzanı işğal etmək və 1 milyondan çox fələstinlini deportasiya etmək planının Netanyahuya etdiyi təzyiqlər sayəsində təsdiqləndiyini iddia edib.

İsrail hökumətinin ifrat sağçı simalarından olan Ben-Qvir İsrailin işğalı altında olan İordan çayının qərb sahili və Qəzza zolağının ilhaqını və onların yerində yəhudi qəsəbələrinin salınmasını müdafiə edir.

Aytən Yaşar/ Turkustan.az


MANŞET XƏBƏRLƏRİ