İyun ayında ABŞ-da bir evə düşən meteoridin yerdən daha yaşlı olduğu məlum olub.
Turkustan.az xəbər verir ki, Corciya Dövlət Universiteti iyunun 26-da ştatda bir evə çırpılan və damını deşən meteoridlə bağlı araşdırmasını başa çatdırıb.
Universitetin internet saytından verilən açıqlamaya görə, meteoridin təxminən 4,56 milyard il əvvəl əmələ gəldiyi müəyyən edilib.
Buna görə meteorit Yerdən təxminən 20 milyon il yaşlıdır.
"Atmosferə daxil olan bu meteoroidin evə düşməzdən əvvəl uzun bir tarixi var idi"-deyə, Corciya Universitetinin tədqiqatçısı Scott Harris bildirib.
Digər tərəfdən meteoridin düşdüyü evin sahibləri onun ətrafında hələ də meteorid qalıqlarını tapdıqlarını bildiriblər.
Aytən Yaşar/ Turkustan.az