"İran qonşular arasında sülhü alqışlayır və nəqliyyat yollarının açılmasının əleyhinə deyil".
Turkustan.az xəbər verir ki, bunu İran Prezidentinin siyasi müşaviri Mehdi Sənai sosial şəbəkələrdə yazıb.
"Lakin İran tarixi Qafqazın təhlükəsizlik və geosiyasi mexanizmlərinə regiondan kənar qüvvə və təşkilatları cəlb edən planlara ehtiyatla yanaşır. İran xəbərdarlıq edir ki, bu cür yanaşma gərginliyin artmasına gətirib çıxara bilər", - Sanai əlavə edib. /publika.az/