Kanadanın baş naziri Mark Karni bəyan edib ki, İsrail hökumətinin Qəzza şəhərini işğal etmək qərarı yanlış istiqamətdə atılmış addımdır və yerdə humanitar vəziyyətin yaxşılaşmasına heç bir töhfə verməyəcək.
Turkustan.az xəbər verir ki, Karni Ontariodakı hərbi obyektdə mətbuat konfransı keçirib.
Qəzzada dərhal atəşkəs və məhbusların azad edilməsi çağırışlarını təkrarlayan Karni, İsrailin Qəzzanı işğal etmə qərarı ilə əlaqədar olaraq: "Bir çox başqa ölkələrlə birlikdə bu addımın yanlış olduğuna inanırıq. Bu addım yerdəki humanitar vəziyyətin yaxşılaşmasına kömək etməyəcək. Əksinə, məhbusların həyatını daha da riskə atacaq" dedi.
HƏMAS-ın Qəzzada gələcəkdə heç bir rolunun olmayacağını da bildirən Karni: "Bu hədəflərə çatmaq üçün müttəfiqlərimizlə işləməyə davam edəcəyik" dedi.
Aytən Yaşar/ Turkustan.az