İranın xarici işlər naziri Abbas Erakçi ABŞ-ın danışıqlar mesajı verdiyini və Tehran rəhbərliyinin hələlik məsələ ilə bağlı yekun qərar vermədiyini bildirib.
Turkustan.az xəbər verir ki, İran dövlət televiziyasına danışan Erakçi cari gündəmlə bağlı sualları cavablandırıb.
Erakçi: "Qarşı tərəfdən (ABŞ) bəzi mesajlar aldıq. Onlar dəyərləndirilir. Qəti qərar yoxdur. Danışıqların baş tutub-tutmayacağı tamamilə bizim maraqlarımızın nə tələb etdiyinə bağlıdır" dedi.
Beynəlxalq Atom Enerjisi Agentliyi (MAQATE) rəsmilərinin önümüzdəki günlərdə reallaşması gözlənilən Tehran səfəri öncəsi açıqlama verən Erakçi, dəyişən şərtlərə görə MAQATE ilə münasibətlərdə yeni bir dövrün başlaması lazım olduğunu bildirib.
İranlı nazir deyib: "Biz həm yerdəki dəyişiklikləri, həm də İran parlamentinin qərarını nəzərə alaraq, MAQATE ilə yeni dövrə başlamalıyıq".
MAQATE rəsmilərinin Tehran proqramına nüvə obyektlərinə səfərlərin daxil olmadığını bildirən Erakçi nüvə danışıqlarının gələcəyi ilə bağlı qərar qəbul edən orqanın İranın Ali Milli Təhlükəsizlik Şurası olduğunu, Şuranın qərarlarının icrasından isə Xarici İşlər Nazirliyinin məsul olduğunu bildirib.
Aytən Yaşar/ Turkustan.az