Tramp: Putinlə tezliklə görüşə bilərəm


Moskvada ABŞ-Rusiya danışıqlarından sonra ABŞ prezidenti Donald Tramp çox yaxında Rusiya prezidenti Vladimir Putinlə görüşmək ehtimalının olduğunu açıqlayıb.

Turkustan.az xəbər verir ki, Apple-ın ABŞ-a yeni sərmayələrini açıqladığı Ağ Ev toplantısında Tramp Rusiya-Ukrayna prosesi ilə bağlı qiymətləndirmələr edib.

Rusiya-Ukrayna müharibəsinin bir an əvvəl bitməsini istədiyini bildirən Tramp Moskvadakı danışıqların çox məhsuldar keçdiyini və bu istiqamətdəki səylərinin davam edəcəyini vurğulayıb.

Putinlə tezliklə görüşmək ehtimalı ilə bağlı suala Tramp, "Bəli, bunun baş vermə ehtimalı çox yüksəkdir. Biz hələ hara qərar verməmişik. Bu, uzun bir yoldur, lakin görüşün çox tezliklə baş tutması üçün yaxşı şans var" deyib.

ABŞ prezidenti görüşün nə vaxt keçirilə biləcəyi ilə bağlı ehtiyatlı danışıb və əlavə edib ki, daha əvvəl Putinin mövqeyindən məyus olub.

Ağ Evin sözçüsü Karolin Leavitt dünən Anadolu Agentliyinə (AA) rusların ABŞ prezidenti Trampla görüşmək istədiklərini və Trampın həm Rusiya prezidenti Vladimir Putin, həm də Ukrayna prezidenti Vladimir Zelenski ilə görüşə açıq olduğunu bildirib.

Aytən Yaşar/ Turkustan.az


MANŞET XƏBƏRLƏRİ