Ukrayna prezidenti Vladimir Zelenski Rusiyanın ABŞ və Ukraynanı atəşkəslə bağlı “aldatmaması” lazım olduğunu bəyan edərək: “Görünür Rusiya indi atəşkəsə daha çox meyllidir” deyib.
Turkustan.az xəbər verir ki, Zelenski ənənəvi videomüraciətində Rusiya-Ukrayna müharibəsindəki son hadisələri dəyərləndirib.
Bu gün ölkəsinin Sumı bölgəsində cəbhə xəttində yoxlamalar apardığını bildirən Zelenski müharibə ilə bağlı hadisələrlə bağlı məlumatlandırıldığını bildirib.
O, bu gün ABŞ prezidenti Donald Trampla telefonla danışdığını xatırladıb.
Ukraynanın öz müstəqilliyini qoruyacağını qeyd edən Zelenski: “Müttəfiqlərimizə təklif etdik ki, Ukrayna rəsmiləri və təhlükəsizlik müşavirləri mövqeyimizi, ortaq mövqeyimizi və ortaq baxışlarımızı müəyyən etmək üçün yaxın gələcəkdə danışıqlar aparsınlar”-deyə, bildirib.
Aytən Yaşar/ Turkustan.az