Yerli mətbuatın məlumatına görə, Netanyahu sabah axşam yerli vaxtla saat 18:00-da Təhlükəsizlik Kabinetini toplayacaq.
Turkustan.az xəbər verir ki, görüşdə bütün Qəzza zolağının işğalı da daxil olmaqla, bölgəyə hücum planlarının müzakirə ediləcəyi bildirilib.
Baş Qərargah rəisi Eyal Zamir və digər hərbi rəsmilərin xəbərdarlıqlarına baxmayaraq, Təhlükəsizlik Kabinetinin Qəzza zolağının bütünlüklə işğalı planını təsdiq edəcəyi gözlənilir.
Bu arada Netanyahu “Gələcək buradadır” ana müxalifət partiyasının lideri Yair Lapidlə görüşüb və ona Qəzzaya hücum planları barədə məlumat verib.
Görüşdən sonra mətbuata açıqlama verən Lapid Netanyahuya bütün Qəzza zolağının işğalının "pis fikir" olduğunu söylədi.
Aytən Yaşar/ Turkustan.az