Bu türk dövləti Rusiyadan imtina etdi: Özümüz həll edəcəyik


Qazaxıstan Rusiyanın iştirakı olmadan müstəqil olaraq üç istilik və elektrik stansiyası (İES) tikmək niyyətindədir.

Turkustan.az xəbər verir ki, bunu Qazaxıstanın Baş nazirinin birinci müavini Roman Sklyar deyib.

Onun sözlərinə görə, Rusiyanın “İnter-RAO” şirkəti bu layihələrin həyata keçirilməsi üçün güzəştli maliyyə ala bilməyib.

"Buna görə də onları özümüz tikmək qərarına gəldik. Biz Kokşetau İES-in tikintisinin aktiv mərhələsinə başladığımız barədə danışdıq, sifarişçi “Samruk-Enerqodur”. Eyni şey Semey və Ust-Kamenoqorsk stansiyalarında da olacaq", - Sklyar vurğulayıb.

Onun sözlərinə görə, rusiyalı tərəfdaşlardan maliyyələşdirmə təklifləri daxil olarsa, onlara baxılacaq, “heç bir maneə olmayacaq”./publika.az


MANŞET XƏBƏRLƏRİ