İsraildən Makronla bağlı SƏRT AÇIQLAMA: Bunu gedib Paris küçələrində etsin!


Fransa prezidenti Emmanuel Makron sentyabrda Fransanın Fələstin dövlətini tanıyacağını açıqlayıb.

Turkustan.az xəbər verir ki, Makronun açıqlamasından sonra İsraildən Makrona qarşı sərt reaksiyalar gəlməyə başlayıb.

İsrailin xarici işlər naziri Gideon Saar Makronun açıqlamasının gülünc və ciddi olmadığını ifadə edərək: "Makron İsrailin təhlükəsizliyini təmin edə bilməz. Ümid edək ki, Paris küçələrində təhlükəsizliyi təmin etsin" deyib.

Saar Fələstin dövlətinin HƏMAS dövləti olacağını iddia etsə də, İsrailin gələcəyi ilə qumar oynamayacağını bildirib.

Aytən Yaşar/ Turkustan.az


MANŞET XƏBƏRLƏRİ