ABŞ prezidenti Donald Tramp keçmiş prezident Barak Obamanın “Rusiyanın 2016-cı il prezident seçkilərinə Trampın xeyrinə təsir göstərdiyi” anlayışını yaratdığını və bu “əsrin cinayəti”ndə bir çox insanın şərik olduğunu iddia edib.
Turkustan.az xəbər verir ki, Tramp bu xəbəri ABŞ Milli Kəşfiyyatının direktoru Tulsi Qabbardın 2016-cı il seçkiləri ilə bağlı yeni məxfi hesabatını dərc etdikdən sonra Truth Social hesabında paylaşıb.
Obamanın Rusiyanın 2016-cı il prezident seçkilərinə onun xeyrinə təsir etdiyinə dair iddiaları irəli sürdüyünü iddia edən Tramp: "Əyri Hillari (Klinton), Yuxulu Co (Bayden) və bir çox başqaları bu əsrin cinayətində şərik olublar" dedi.
Tramp məsələ ilə bağlı “təkzibedilməz sübutların” olduğunu bildirib və bu vəziyyəti “ABŞ üçün böyük təhlükə” kimi qiymətləndirib.
Gabbard keçmiş prezident Barak Obama dövründəki bir neçə yüksək rütbəli məmuru Rusiyanın “2016-cı il prezident seçkilərinə Trampın xeyrinə təsir etməsi” fikrini yaratmaqda günahlandıraraq, onların mühakimə olunmasını tələb etmişdi.
Nəşr edilən hesabatda Milli Kəşfiyyatın o vaxtkı direktoru Ceyms Klapper, Mərkəzi Kəşfiyyat İdarəsinin (MKİ) direktoru Con Brennan və Federal Təhqiqat Bürosunun (FTB) direktoru Ceyms Komi kimi adlar var.
Mərkəzi Kəşfiyyat İdarəsi iyulun əvvəlində Rusiyanın 2016-cı il prezident seçkilərinə Trampın xeyrinə təsir göstərdiyinə dair iddialarla bağlı həmin il hazırladığı kəşfiyyat hesabatının prosedur aspektlərini nəzərdən keçirdiyini də elan edib. İcmal hesabatın tələsik olduğu və idarəçilərin həddən artıq işə qarışdığı və bunların prosessual baxımdan anormal olduğu qənaətinə gəldi.
Aytən Yaşar/ Turkustan.az