Suriyadakı yerli mənbələr İsrail ordusunun quru qoşunlarının Dəməşqin cənub çölündə məhdud quru əməliyyatı keçirdiyini bildirib.
Turkustan.az xarici KİV-ə istinadən xəbər verir ki, işğal altındakı Qolan təpələrindən hərəkətə başlayan 15 zirehli və hərbi maşından ibarət İsrail əsgərləri paytaxt Dəməşqin cənubundakı Qatna bölgəsinə qədər irəliləyib.
Mənbələrin məlumatına görə, İsrail əsgərlərinin sızma xətti paytaxt Dəməşqdən cəmi 10 kilometr aralıdadır. /modern.az/