Ağ Ev: Rusiya 50 gün ərzində razılığa gəlməsə, sərt sanksiyalarla üzləşəcək


Rusiya 50 gün ərzində atəşkəsə razılaşmazsa, ağır tariflər və sanksiyalarla üzləşəcək.

Turkustan.az xəbər verir ki, Ağ Ev Rusiya hökumətini xəbərdar edib ki, əgər Ukraynada 50 gün ərzində atəşkəs razılaşmasına nail olunmazsa, Moskva çox ağır tariflər və əlavə sanksiyalarla qarşılaşacaq.

Bu barədə Ağ Evin mətbuat katibi Karolin Leavitt gündəlik brifinq zamanı məlumat verib.

Prezident Donald Trampın Rusiyaya verdiyi son tarixlə bağlı sualı cavablandıran Leavitt bildirib:

“Prezidentin də bəyan etdiyi kimi, əgər Rusiya 50 gün ərzində atəşkəs və ya sülh razılaşması imzalamazsa və qanuni atəşkəsi qəbul etməkdən imtina edərsə, çox ağır tariflər və ikinci dərəcəli sanksiyalarla üzləşəcək.”

O, həmçinin Rusiyadan neft alan ölkələrin də sanksiyalara məruz qalacağını qeyd edib:

“Bu, təbii olaraq Rusiya iqtisadiyyatına ciddi ziyan vuracaq,” – deyə, Leavitt əlavə edib.

Mətbuat katibi Prezident Trampın Ukraynadakı müharibənin diplomatik yolla həll edilməsini istədiyini vurğulayıb və bildirib ki, Tramp administrasiyası “bu qədər uzaqda baş verən bir münaqişənin sülhlə bitməsi üçün əhəmiyyətli diplomatik səylər göstərib”.

Aytən Yaşar/ Turkustan.az


MANŞET XƏBƏRLƏRİ