Suriyanın keçid dövrü prezidenti Əhməd Əl Şaraanın ailəsi ilə birlikdə paytaxt Dəməşqi tərk etdiyi iddia olunur.
Turkustan.az xəbər verir ki, bu barədə “Al Mayadeen” öz mənbələrinə istinadən məlumat yayıb.
Bildirilib ki, Suriya prezidenti İsrailin hücumu ilə bağlı paytaxtdan qaçıb. Lakin onun hara getdiyi barədə dəqiq informasiya verilmyib.
Nəşr onu da iddia edib ki, Suriyanın müdafiə naziri Murhaf Əbu Kasra da daxil olmaqla üç yüksək rütbəli şəxs hücumlar zamanı öldürülüb.
Nəşr daha sonra həmin xəbəri silib. /Publika.az/