Rusiya: Zənginləşdirilmiş uranın emalında İrana kömək etməyə hazırıq


Rusiya xarici işlər naziri Sergey Lavrov zənginləşdirilmiş uranın emalında İrana kömək etməyə hazır olduqlarını bildirərək: "Bizim bu sahədə texnoloji imkanlarımız var. Biz bu texnologiyaları paylaşmağa hazırıq" deyib.

Turkustan.az xəbər verir ki, Rusiya Xarici İşlər Nazirliyindən verilən açıqlamaya görə, Lavrov Braziliyanın ev sahibliyi ilə Rio-de-Janeyroda keçirilən 17-ci BRİKS Liderlər Zirvə toplantısından sonra mətbuat konfransı keçirib.

İclasda çıxış edən Lavrov NATO-nun fəaliyyətinə toxunaraq: "NATO-nun genişlənməsi heç kimə, o cümlədən üzvlərinə sərf etmədi. NATO daxilində fikir ayrılıqları dərinləşir. Gəmidə üsyan ola bilər. Tətbiq edilmiş ideologiyalara deyil, öz milli maraqlarına uyğun hərəkət etmək istəyən ölkələrin sayı artmaqdadır" dedi.

Lavrov Fransanın Ukrayna böhranına yanaşması ilə bağlı deyib: “Fransa Ukraynaya silah tədarükünü davam etdirməklə Rusiyaya hücumda ön sıralardadır”.

Aytən Yaşar/ Turkustan.az


MANŞET XƏBƏRLƏRİ