ŞOK İDDİA: Netanyahunun oğlu qorxduğu üçün adını dəyişib


İsrailin baş naziri Benyamin Netanyahunun oğlu Avner Netanyahunun 2022-ci ildə təhsil almaq üçün Böyük Britaniyaya köçməzdən əvvəl qorxusundan adını dəyişdiyi məlum olub.

Turkustan.az xəbər verir ki, yerli mətbuatın yazdığına görə, Avner Netanyahu adını dəyişərək Avi Seqal olaraq İngiltərədə bu adla universitetə ​​daxil olub və mənzil alıb.

Müxalifətdə olarkən 2022-ci ildə təhsil almaq üçün İngiltərəyə gedən İsrail baş naziri Netanyahunun oğlu Avnerin müsəlman əhalisinin çox olduğu bölgədə "Netanyahu" soyadı ilə tanınacağından qorxaraq adını Avi Seqal olaraq dəyişdirdiyi ortaya çıxıb.

İsrail şəxsiyyət vəsiqəsindəki adını nənəsinin soyadından istifadə edərək Avi Seqal olaraq dəyişdirən Avner sürücülük vəsiqəsində və pasportunda da adını dəyişdiyini, müsəlmanların yaşadığı bir ölkədə bu adla səyahət etməkdən qorxduğunu bildirib.

Aytən Yaşar/ Turkustan.az


MANŞET XƏBƏRLƏRİ