Hakim qarşısına çıxan Acun Ilıcalı aylıq gəlirini açıqladı


İngilis komandası Hull City prezidenti və televiziya prodüseri Acun Ilıcalı bu gün səhər saatlarında Çağlayan Ədliyyəsinə gəlib.

Turkustan.az xəbər verir ki, TV8 kanalında və rəqəmsal məzmun platforması Exxen-də yayımlanan bəzi futbol matçlarında qeyri-qanuni mərc reklamlarının yer alması iddiaları ilə bağlı hüquqi proses başlanıb.

İstintaqda Ilıcalı ilə yanaşı kanal və platforma menecerləri də var. Prokurorluğun hazırladığı ittihamnamədə "qanunsuz mərc oyunları təşviq etmək və reklam etmək" ittihamı ilə hər bir müttəhimə 5 il 3 aya qədər həbs cəzası istənilir.

Ekol TV-nin müxbiri Dilek Yaman Dəmirin xəbərinə görə, prokurora verdiyi ifadədə gəliri ilə bağlı ilk dəfə “dəyişən” ifadəsini işlədən Ilıcalı daha sonra bu rəqəmi 1 milyon lirədən 5 milyon lirəyə qədər yeniləyib. Ilıcalı açıqlamasında bunları dilə gətirib: "Aylardır bu işdən şokdayam. Niyə burada olduğumu anlamıram. 8-10 ildir yayımlanan matçlar heç bir müdaxilə olmadan göstərilib, yayımçılar heç nə edə bilmir".

Ilıcalı yayım prosesi ilə bağlı bunları da əlavə edib: "UEFA-ya müraciət etmək və matçları xaricə yayımlamaqdan başqa heç bir müdaxiləmiz yoxdur. Yayımçılar da matçları dəyişə bilməz. Yalnız aldığımız matçları yayımlayırıq. Onları əngəlləmək şansımız yoxdur".

Ilıcalı: "İlk dəfədir ki, belə bir ittihamla qarşılaşıram və bu vəziyyət məni çox üzür. Dostlarımdan üzr istəyirəm. Bizim günahımız olduğunu düşünmürəm, amma məsuliyyəti öz üzərimə götürürəm" deyib. İlıcalı Türkiyədə milli matçların yayımı ilə bağlı proseslərin qanuni çərçivədə həyata keçirildiyini vurğuladı və prosesin hüquqi ölçülərinə diqqət çəkdi.

Aytən Yaşar/ Turkustan.az


MANŞET XƏBƏRLƏRİ