İranda rejim dəyişikliyi MÜMKÜNDÜR?


ABŞ Prezidenti Donald Trampın ötəngünkü sosial media paylaşımı diqqət çəkib. Belə ki, Tramp açıq şəkidə İranda rejim dəyişikliyinə çağırış edib.

O qeyd edib ki, əgər hazırkı İran hakimiyyəti ölkəni yenidən güclü və qüdrətli dövlətə çevirə bilməsə, ölkədə rejim dəyişikliyi qaçılmaz ola bilər: “Rejim Dəyişikliyi” ifadəsini işlətmək siyasi baxımdan düzgün deyil, amma indiki İran rejimi İranı yenidən qüdrətli edə bilmirsə, niyə rejim dəyişikliyi olmasın?”.

Trampın qərarını Modern.az-a şərh edən politoloq Elxan Şahinoğlu bildirib ki, İsrail və ABŞ-nin hava hücumlarının əsas məqsədi İranda rejimin dəyişikliyinə nail olmaqdır:

“İsrail və ABŞ İrana qarşı hava hücumlarını bu ölkənin uranın zənginləşdirməsinin qarşısını almaqla əlaqələndirirlər. Əslində həm Tel-Əviv, həm də Vaşinqtonun əsas məqsədi İranda rejim dəyişikliyinə nail olmaqdır. Çünki rejim dəyişikliyinə nail olmadan bu zərbələrin əhəmiyyəti olmayacaq. Uran zəngiləşdirən mərkəzlərə zərbələr endirilir. Bir neçə alim də öldürülüb. Amma İrandakı rejim tab gətirsə və devrilməzsə, müharibədən biraz sonra həmin rejim uranın zənginləşdirilməsi ilə yenidən məşğul olacaq. Bu da ABŞ və Təl-Əvivin hücumlarının əhəmiyyətlərinin olmadığını göstərəcək. Bu,ABŞ və İsrail cəmiyyətində ciddi suallar yaradacaq. Ona görə də, zərbələrlə yanaşı ABŞ və İrsail İranda rejimin dəyişməsinə çalışacaq. Rejim dəyişmədən Tel-Əviv və Vaşinqtonun məqsədinə çatacağını düşünmürəm.”.

Politoloq vurğulayıb ki, ABŞ və İsrailin yalnız hərbi yolla rejim dəyişikliyinə nail olması mümkün deyil:

“Yalnız hərbi yolla İranda rejim dəyişikliyinə nail olmaq çətindir. İranın daxilində hərəkətlənmə olmalıdır. Daxildə hərkətlənmə olmadan, etirazlar başlamadan yalnız hava zərbələri ilə ABŞ və İsrail çətin ki, İranda rejim dəyişikliyinə nail olsun”.


MANŞET XƏBƏRLƏRİ